Tahir Tağızadə etimadnaməsinin surətini Serbiya XİN-ə təqdim edib
Azərbaycanın Serbiyadakı səfiri Tahir Tağızadə etimadnaməsinin surətini Serbiya Xarici İşlər Nazirliyinin Diplomatik Protokol rəhbəri Branko Radovanoviçə təqdim edib.Bu barədə “Report" xəbər verir.
Səfir sosial media hesabında görüş barədə paylaşım edərək məmnunluğunu ifadə edib və səmimi söhbətə görə Branko Radovanoviçə təşəkkür edib.
“Səmimi söhbət üçün təşəkkür edirəm, hörmətli Branko!” – səfir yazıb.
Mənbə: anews.az