Image

Məzlum Abdi Suriyada SDQ-nin tamamilə buraxıldığını bəyan edib

"Suriya Demokratik Qüvvələri"nin (SDQ) komandanı Məzlum Abdi qruplaşmanın müstəqil hərbi struktur kimi fəaliyyətinə son qoyulduğunu və kürd qüvvələrinin Suriya dövlət strukturlarına tam inteqrasiya edildiyini açıqlayıb.Bu barədə SANA agentliyi hərəkat liderinin bəyanatına istinadən məlumat yayıb.

Abdi bildirib ki, SDQ-nin hərbi, təhlükəsizlik və inzibati strukturlarının Suriya dövlət institutlarına inteqrasiyası başa çatıb.

Bununla da ölkənin şimal-şərqində fəaliyyət göstərən kürd silahlı birləşmələri və muxtar administrasiya müstəqil fəaliyyətini dayandıraraq Dəməşqin dövlət strukturlarına daxil olur.

Qərar Suriya hökuməti ilə SDQ arasında bir neçə ay davam edən danışıqların nəticəsində əldə olunan razılaşmaların icrası çərçivəsində qəbul edilib. Razılaşmaya əsasən, kürdlərin hərbi və mülki institutlarının mərhələli şəkildə Suriya dövlət sisteminə inteqrasiyası nəzərdə tutulurdu.

Suriya Prezidenti Əhməd əş-Şəraa yanvarın 16-da kürdlərin milli hüquqlarının təmin edilməsini nəzərdə tutan fərman imzalayıb.

Mənbə: anews.az

Xəbər lenti