Salyanda iki avtomobil toqquşub, bir nəfər ölüb
Salyanda yol-nəqliyyat hadisəsi baş verib.
"Report"un məlumatına görə, hadisə rayonun Şorsulu kəndi ərazisində qeydə alınıb.
"Toyoto" markalı avtomobil "Opel" markalı maşınla toqquşub.
İlkin məlumata görə, qəza nəticəsində 1962-ci il təvəllüdlü Hüseynov Naib Məhəmməd oğlu ölüb.
Faktla bağlı araşdırma aparılır.
Mənbə: anews.az