Image

Qızıl 3 aylıq maksimuma yaxın sabitləşdi, gümüş bahalaşdı

Dünya bazarlarında qızılın qiyməti avqustun 26-da demək olar ki, dəyişməyərək son 3 ayın ən yüksək səviyyəsinə yaxın mövqeyini qoruyub. İnvestorlar ABŞ Federal Ehtiyat Sisteminin (FED) monetar siyasətinin gələcək istiqamətini müəyyənləşdirmək üçün inflyasiya göstəricilərini gözləyirlər.

Spot qızılın unsiyası 4 652,39 dollar ətrafında ticarət olunub, ABŞ fyuçersləri isə 0,3% artaraq 4 709,20 dollara yüksəlib. Bazarın diqqəti ABŞ-də şəxsi istehlak xərcləri indeksi (PCE) göstəricilərinə və cümə günü FED rəhbəri Kevin Uorşun Cekson-Houldakı illik iqtisadi simpoziumdakı çıxışına yönəlib.

Çərşənbə günü gümüşün qiyməti 0,5% artaraq unsiyası üçün 68,84 dollara çatıb. Platin və palladium da cüzi bahalaşma nümayiş etdirib.

N.Təbrizli

 

Mənbə: anews.az

Xəbər lenti