Image

"Lufthansa" təyyarəsi Bakıda məcburi eniş etdi

Almaniyanın "Lufthansa" aviaşirkətinə məxsus Frankfurt–Dehli reysini həyata keçirən sərnişin təyyarəsi texniki nasazlıq səbəbindən Heydər Əliyev Beynəlxalq Aeroportunda məcburi eniş edib. Bu barədə hava limanının mətbuat xidmətindən məlumat verilib.

Avqustun 25-də "Boeing 787" tipli hava gəmisinin kapitanı Bakıya məcburi eniş üçün icazə istəyib. Təyyarə Bakı vaxtı ilə saat 23:26-da paytaxt aeroportuna uğurla enib.

Hava limanından bildirilib ki, müvafiq xidmətlər sərnişinlərin və heyət üzvlərinin təhlükəsizliyinin təmin olunması üçün bütün zəruri tədbirləri görüb.

N.Təbrizli

Mənbə: anews.az

Xəbər lenti