Image

Bakıda bu küçədə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

 

Bu gün Bakının Mirmahmud Kazımovski küçəsinin Mir Cəlal küçəsindən Cavad xan küçəsinə qədər olan hissəsində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir ki, məhdudiyyətə səbəb ərazidə aparılacaq təmir işləridir.

Məhdudiyyət saat 22:00-dan təmir işləri başa çatana qədər qüvvədə olacaq.

Sürücülərdən bu müddətdə alternativ yollardan istifadə etmələri və təmir işlərinə anlayışla yanaşmaları xahiş olunur.

Mənbə: anews.az

Xəbər lenti

Kəlbəcərə dolu yağıb