Rusiyadan Ermənistana Azərbaycandan tranzitlə daha 700 ton taxıl göndəriləcək
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə daha 700 ton taxıl göndəriləcək.
28 avqustda 6 vaqondan ibarət 420 ton buğda və 4 vaqondan ibarət 280 ton arpa Biləcəri stansiyasından Böyük Kəsik istiqamətində yola salınacaq.
İndiyədək Rusiyadan Ermənistana Azərbaycan ərazisindən tranzit keçməklə 54 min tondan çox taxıl, 9 min tona yaxın gübrə, 1 414 ton propan, 133 ton alüminium, 1 114 ton kömür və 334 ton taxta göndərilib.
Bununla yanaşı, Azərbaycandan Ermənistana indiyədək 15 min tona yaxın dizel yanacağı, 5 min tona yaxın Aİ-92 və Aİ-95 markalı benzin ixrac olunub.
Mənbə: anews.az