Image

Xaçmazda BMW ağaca çırpılıb, bir nəfər ölüb, 5 nəfər yaralanıb

 

Xaçmaz rayonunda baş verən yol qəzasında bir nəfər ölüb, beş nəfər xəsarət alıb.

Hadisə Bakı-Quba-Rusiya ilə dövlət sərhədi ödənişli avtomobil yolunun rayon ərazisindən keçən hissəsində baş verib.

“BMW-X6” markalı avtomobil idarəetmədən çıxaraq çinar ağacına çırpılıb.

Qəza nəticəsində avtomobildə olan altı nəfərdən 2002-ci il təvəllüdlü Eltun Elşən oğlu Əskərov hadisə yerində ölüb. Digər beş nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralılar təcili tibbi yardım briqadalarının köməyi ilə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Mənbə: anews.az

Xəbər lenti