Image

FHN ötən həftə 751 yanğına çıxış edib, 43 nəfəri xilas edib

 

Azərbaycanın Fövqəladə Hallar Nazirliyinin (FHN) qüvvələri ötən həftə ərzində 751 yanğına çıxış edib, nəticədə 5-i azyaşlı olmaqla 43 nəfər xilas edilib. Bu barədə FHN-in mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, həftə ərzində 28 köməksiz vəziyyətdə qalma və 4 avtonəqliyyat qəzası ilə bağlı qəza-xilasetmə əməliyyatı həyata keçirilib.

Yanğınlar zamanı 9 nəfər təxliyə olunub, 4 nəfər xəsarət alıb, 3 nəfərin meyiti aidiyyəti üzrə təhvil verilib.

FHN bildirib ki, həyata keçirilən təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi və insanların həyatının xilas edilməsi təmin olunub.

Mənbə: anews.az

Xəbər lenti