Image

Pediatrların sayı azalır, uşaq poliklinikaları bağlanır - statistika

Azərbaycanda pediatrların sayı 2026-cı ilin əvvəlinə 3 274 nəfər təşkil edib ki, bu da bir il əvvəllə müqayisədə 10,8% azdır. Bu barədə Dövlət Statistika Komitəsinin son təqdim edilən hesabatında qeyd olunub.  2025-ci ilin əvvəlində ölkədə 3 670 pediatr fəaliyyət göstərib. Beləliklə, bir il ərzində onların sayı 396 nəfər azalıb.

Hər 10 min 18 yaşadək uşağa düşən pediatrların sayı da 14-dən 13-ə enib.

Eyni dövrdə xəstə uşaqlar üçün xəstəxana çarpayılarının sayı 4 635-dən 4 526-ya düşüb. Bu, 109 çarpayı və ya 2,4% azalma deməkdir. 

Uşaq sanatoriyalarının sayı 11 olaraq qalıb, lakin sanatoriyalardakı çarpayıların sayı 820-dən 965-ə yüksəlib - artım 17,7% təşkil edib. Sanatoriyalarda müalicə alan uşaqların sayı isə 2 948 nəfərdən 3 018 nəfərə və ya 2,4% artıb.

Statistikaya görə, qadın məsləhətxanalarının və qadın məsləhətxanası olan müəssisələrin sayı 106-dan 97-yə, yəni 8,5% azalıb.

Uşaq poliklinikaları, ambulatoriyalar və tərkibində uşaq şöbəsi olan müəssisələrin sayı daha kəskin - 230-dan 192-yə düşüb. Bu, bir il ərzində 38 müəssisə və ya 16,5% azalma deməkdir.

Gülnar Nazimqızı 

Mənbə: anews.az

Xəbər lenti