Image

Məşhur turizm şirkətinin rəhbəri Polşada saxlanılıb

Azərbaycanın tanınmış turizm şirkəti "Flyblast Agency Travel"in rəhbəri Rövşən Abdullayev Polşada saxlanılıb. Sahibkar Azərbaycanın hüquq-mühafizə orqanları tərəfindən beynəlxalq axtarışa verilmişdi. Məlumatı "Qafqazinfo" yayıb.

Abdullayev vətəndaşların təxminən 1 milyon manat məbləğində vəsaitini dələduzluq yolu ilə mənimsəməkdə ittiham olunur. Təxminən 100 əməkdaşın çalışdığı şirkət aviabilet və turpaket satışı, viza dəstəyi və transfer xidmətləri göstərirdi. Çoxsaylı vətəndaş şikayətlərindən sonra Xətai Rayon Prokurorluğunda cinayət işi başlanıb.

Rövşən Abdullayevə qarşı Cinayət Məcəlləsinin 178.4-cü (xüsusilə külli miqdarda dələduzluq) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham irəli sürülüb, barəsində qiyabi həbs qətimkan tədbiri seçilib. Hazırda Polşada həbsdə olan şəxsin Azərbaycana ekstradisiya proseduru başlanıb. "Flyblast Agency Travel" fəaliyyətini tam dayandırıb. Ziyan ödənilmədiyi və təqsiri sübuta yetirildiyi halda onu 14 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.

N.Təbrizli

 

Mənbə: anews.az

Xəbər lenti

Əliyev Putinlə söhbət edib