Image

Ceyhun Bayramov və İshaq Dar Bişkekdə görüşdü

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Bişkekdə Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Dövlət Başçıları Şurasının iclası çərçivəsində Pakistanın Baş nazirinin müavini və xarici işlər naziri Məhəmməd İshaq Dar ilə görüşüb. Bu barədə Pakistan XİN-in "X" hesabında məlumat verilib.

Görüşdə tərəflər Pakistan və Azərbaycan arasındakı möhkəm dostluq və qardaşlıq əlaqələrini bir daha təsdiqləyərək, ikitərəfli strateji tərəfdaşlığın daha da gücləndirilməsinə sadiqliklərini ifadə ediblər. Nazirlər həmçinin regional və beynəlxalq proseslər, eləcə də qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Mənbə: anews.az

Xəbər lenti

Əliyev Putinlə söhbət edib