ABŞ-nin bombardmanı nəticəsində yaralananların sayı 50-yə çatıb, ölənlər var - Yenilənib
ABŞ ordusunun İranın Sirik şəhərində yaşayış məntəqələrindən birinə hücumu zamanı yaralananların sayı 50 nəfərə çatıb.Bu barədə "Tasnim" xəbər verir.
Qeyd olunur ki, toy mərasiminin keçirildiyi obyekt zərbəyə məruz qalıb. Hücum zamanı daha 2 nəfər ölüb.
***
ABŞ ordusu İranın Sirik şəhərində yaşayış məntəqələrindən birinə hücum edib, ölən və yaralananlar var.Bu barədə "Tasnim" xəbər verir.
Toy mərasiminin keçirildiyi obyekt zərbəyə məruz qalıb.
"Sirikdə bir toy mərasiminə hücum zamanı iki nəfər ölüb, bir neçə nəfər yaralanıb", - məlumatda bildirilib.
Ümumilikdə Sirikdə 20 nəfərin yaralandığı vurğulanır.
***
ABŞ-nin hücumlarından sonra İranın Konarak liman şəhəri və Qeşm adasında partlayış səsləri eşidilib.Bu barədə "Tasnim" xəbər verir.
Konarakda 6 partlayış baş verib.
Hələlik partlayışların vurduğu zərərin həcmi və dəqiq yeri açıqlanmayıb.
"Tasnim"in müxbiri bildirib ki, saat 19:30-la 19:45 arasında Qeşm adasının cənub sahilində 8 partlayış səsi eşidilib.
Qeşm hava limanına hücum rəsmən təsdiqlənməyib, Bəndər Abbas və Sirikin bəzi bölgələrində də partlayış səslərinin eşidildiyi vurğulanıb.
Qeyd edək ki, ABŞ Silahlı Qüvvələri Hörmüz boğazında İran obyektlərinə kütləvi zərbələr endirib.
Mənbə: anews.az