Image

CENTCOM Hörmüz boğazında SEPAH-ın obyektlərinə hücum edib

ABŞ Silahlı Qüvvələri İranda İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) obyektlərinə zərbələr endirməyə başlayıb.Bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) “X” sosial şəbəkəsində məlumat yayıb.

CENTCOM-un məlumatına görə, zərbələr ABŞ-ın Şərq vaxtı ilə saat 12:00-da başlayıb.

“Zərbələr SEPAH tərəfindən Hörmüz boğazında kommersiya gəmiçiliyinə və regionda yerləşdirilmiş ABŞ hərbçilərinə qarşı son hücum cəhdlərinin ardınca endirilib”, - bəyanatda deyilir.

Mənbə: anews.az

Xəbər lenti