Image

Sabah Mərdəkan qəsəbəsində qaz olmayacaq

Sentyabrın 2-də Bakının Xəzər rayonunun Mərdəkan qəsəbəsinin bir hissəsi və Stansiya Qala yaşayış ərazisində qaz təchizatında fasilə yaranacaq.Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyi məlumat yayıb.

Məlumata görə, fasilə "Qaz İxrac" İdarəsinə məxsus qaz xəttinin birləşmə nöqtəsinin köçürülməsi ilə əlaqədar yaranacaq.

Qaz təchizatı saat 09:00-dan işlər yekunlaşanadək dayandırılacaq. 

Mənbə: anews.az

Xəbər lenti

Əliyev Putinlə söhbət edib