ABŞ Yaxın Şərqdəki vətəndaşlarına müraciət edib
ABŞ Dövlət Departamentinin Konsulluq Məsələləri üzrə İdarəsi (“TravelGov”) Yaxın Şərqdə təhlükəsizlik vəziyyəti ilə bağlı xəbərdarlıq yayıb.Bu barədə qurumun “X” hesabında məlumat verilib.
Bildirilib ki, regionda gərginlik fonunda təhlükəsizlik mühiti mürəkkəb olaraq qalır və gözlənilməz eskalasiya riski yüksəkdir.
ABŞ vətəndaşlarına Yaxın Şərqdə yüksək ehtiyatlılıq nümayiş etdirmək, uçuşların ləğvi, hava məkanının bağlanması və digər səyahət məhdudiyyətlərini nəzərə almaq tövsiyə olunub.
Qurum regiona səfər edən və oradan çıxan ABŞ vətəndaşlarına hava limanları və aviaşirkətlərin fəaliyyəti ilə bağlı son məlumatları izləməyi tövsiyə edib.
Dövlət Departamenti, həmçinin İran və onu dəstəkləyən qrupların dünyanın müxtəlif yerlərində ABŞ maraqlarına, bizneslərinə və amerikalılarla əlaqəli obyektlərə qarşı hücumlar həyata keçirə biləcəyi barədə xəbərdarlıq edib.
Mənbə: anews.az