Image

Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb

İrandan Azərbaycana paraplan vasitəsilə 65 kiloqram 500 qram narkotik vasitənin keçirilməsinin qarşısı alınıb.

Dövlət Sərhəd Xidmətinin (DSX) məlumatına görə, sentyabrın 11-də Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində keçirilən sərhəd axtarışı və əməliyyat tədbirləri zamanı narkotik vasitə aşkarlanıb.

Belə ki, saat 03:11-də İran ərazisindən Azərbaycan istiqamətində paraplan vasitəsilə atılan, ümumi çəkisi 65 kiloqram 500 qram olan narkotik vasitə aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb.

Faktla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Mənbə: anews.az

Xəbər lenti

Sabah 32 dərəcəisti olacaq