Image

İlham Əliyev Qazaxıstan Prezidentinə başsağlığı verib

Azərbaycan Prezidenti İlham Əliyev Qazaxıstanda hərbi təlimlər zamanı hərbçilərin həlak olması ilə bağlı həmkarı Kasım-Jomart Tokayevə başsağlığı verib.

İlham Əliyev başsağlığı məktubunda həlak olanların ailələrinə və yaxınlarına, eləcə də Qazaxıstan xalqına dərin hüznlə başsağlığı çatdırıb.

"Bu ağır anlarda kədərinizi bölüşür, baş vermiş faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Qazaxıstan xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm", – deyə İlham Əliyev bildirib.

 

Mənbə: anews.az

Xəbər lenti

Sabah 32 dərəcəisti olacaq