Image

SOCAR emissiyaların monitorinqini öz resursları hesabına aparmaq niyyətindədir

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) emissiyaların, o cümlədən metan emissiyalarının monitorinqini uzunmüddətli perspektivdə öz resursları hesabına həyata keçirməyi planlaşdırır.Bunu SOCAR-ın enerji keçidi, ətraf mühit və dekarbonizasiya məsələləri üzrə vitse-prezidenti Hikmət Abdullayev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda (AIIF 2026) deyib.

Onun sözlərinə görə, metan emissiyalarının ölçülməsi və analitikası üzrə işlərə indiyədək xarici ekspertlər cəlb edilib, eyni zamanda şirkətin əməkdaşlarının təlimi müqavilələrə daxil edilib.

“Əsas məqsədimiz bütün bu işlər kompleksini yalnız öz gücümüz hesabına həyata keçirmək və ölkə daxilində müvafiq kompetensiyalar formalaşdırmaqdır”, — Abdullayev bildirib.

O qeyd edib ki, Avropa İttifaqında metan emissiyaları ilə bağlı tələblərin sərtləşdirilməsi bu normalara əməl olunmasını tənzimləyici tələbə çevirir.

SOCAR rəsmisi bildirib ki, şirkətin ixtisaslaşmış törəmə strukturları prosesə cəlb olunub və daxili resursların formalaşdırılması davam edir.

“Uzunmüddətli perspektivdə metan emissiyalarının azaldılması xammalın sistemə qaytarılması hesabına öz xərcini ödəyir”, — Abdullayev deyib.

Mənbə: anews.az

Xəbər lenti