Image

Turizm layihələri üzrə kredit faizləri subsidiyalaşdırılacaq - agentlik sədri

Azərbaycanda otellərin, sağlamlıq və kurort müəssisələrinin, qış idmanı, ovçuluq və balıqçılıq turizmi obyektlərinin yaradılması üçün götürülən kreditlərin faizlərinin subsidiyalaşdırılması planlaşdırılır. Bunu Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev bildirib. Onun sözlərinə görə, yeni dövlət proqramında turizm layihələri üçün banklardan və bank olmayan kredit təşkilatlarından alınan kreditlərin faizlərinə subsidiya verilməsini nəzərdə tutan xüsusi mexanizmlər yer alıb. Proqram çərçivəsində yerləşdirmə obyektlərinə investisiyalar, çarter aviareysləri, xarici turistlərin Azərbaycana cəlbi, turizm tədbirləri və işgüzar turizm layihələri üçün də maliyyə dəstəyi nəzərdə tutulur. “Proqram növbəti dörd il üçün yol xəritəsi və daha geniş, çevik dəstək çərçivəsi təmin edir”, - Nağıyev deyib. Agentlik sədri bildirib ki, turizm və rekreasiya zonalarının yaradılması, beynəlxalq otel brendlərinin və kurort layihələrinin ölkəyə cəlbi də əsas prioritetlər sırasındadır. Gülnar Nazimqızı

Mənbə: anews.az

Xəbər lenti