Image

Kommunal qiymətlərin artımına görə anasını öldürdü

Rusiyanın Altay bölgəsində məişət münaqişəsi zamanı anasını qaynar su ilə yandıraraq öldürən qadına qarşı cinayət işi açılıb.

Gundem.az yerli mediaya istinadən bildirir ki, hadisə kommunal tariflərin artması ilə bağlı yaranan mübahisədən sonra baş verib.

İstintaq Komitəsinin məlumatına görə, qız anasının kommunal xidmətlərə qənaət etməməsindən narazı olub. Yaşlı qadın vanna qəbul edərkən qızı duşdan qaynar suyu açıb və anasının üzərinə tökməyə başlayıb.

"2025-ci il yanvarın 12-də qadınlar kommunal pulun artdığına, ananın su və elektrik enerjisinə qənaət etmədiyinə görə mübahisə edib", - idarədən bildirilib.

Ağır yanıqlara baxmayaraq, yalnız ertəsi gün təcili yardım çağırılıb. Həkimlər qadını xilas edə bilməyiblər.

Şübhəlini qəsdən ölümlə nəticələnən sağlamlığa ağır zərər vurma maddəsi ilə cəza gözləyir. /Lent.az

Xəbər lenti

İrem ana olacaq - FOTO