Image

Maşından düşəndə boynunu sındırdı, öldü

Kürdəmirdə avtomobildən yıxılan sürücü ölüb.

Gundem.az xəbər verir ki, mayın 5-də Kürdəmir şəhəri Şəhriyar küçəsi ev 39-un qarşısında orada yaşayan 1967-ci il təvəllüdlü Elman Ənvər oğlu Məmmədov idarə etdiyi “Ford” markalı avtomobildən düşərkən yıxılaraq boyun nahiyəsinə sındırıb.

Xəstəxanaya yerləşdirilmiş E.Məmmədov mayın 28-i ölüb.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti