Azərbaycanda DƏHŞƏT: bir evdən 4 meyit tapıldı - YENİLƏNİB - ADLAR
10:00
Sabirabad rayonu Muğangəncəli kəndində fərdi yaşayış evində baş vermiş yanğında bir ailənin dörd üzvü ölüb.
Gundem.az Trend-ə istinadən xəbər verir ki, yanğın nəticəsində 1989-cu il təvəllüdlü İmanov Tural Ağasəf oğlu, həyat yoldaşı 2002-ci il təvəllüdlü İmanova Şəfalı Rövşən qızı, övladları - 2020-ci il təvəllüdlü İmansoy Osmanbəy Tural oğlu və 2024-cü il təvəllüdlü İmansoy Esma Tural qızı vəfat edib.
Ev sahibi, 1956-cı il təvəllüdlü İmanova Bahar Niyaz qızı, onun oğlu, 1983-cu il təvəllüdlü İmanov Ruslan Ağasəf oğlu yanğından xilas olublar.
Ümumi sahəsi 240 kvadratmetr olan 6 otaqlı 2 mərtəbəli fərdi yaşayış evi yanar konstruksiyaları ilə birlikdə tam yanıb.
Yanğın digər sahələrə və tikililərə keçməyib, yanğındöndürənlər tərəfindən söndürülüb.
Yanğının gecə saatlarında evdə elektrik naqillərində olan qısaqapanmadan baş verdiyi bildirilir.
Hazırda faktla bağlı Fövqəladə Hallar Nazirliyinin İstintaq İdarəsində Cinayət Məcəlləsinin 225.3-cü (yanğın təhlükəsizliyi qaydalarını pozma, iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb, müvafiq ekspertizalar təyin edilib.
08:51
Sabirabad rayonunun Muğan Gəncəli kənd sakini, 1956-cı il təvəllüdlü İmanova Bahar Niyaz qızına məxsus, ümumi sahəsi 240 kv. metr olan fərdi yaşayış evi yanıb.
Bu gecə fərdi yaşayış evində baş verən yanğın zamanı həlak olan şəxslərin kimliyi məlum olub.
Gundem.az xəbər verir ki, Milli.Az-ın əldə etdiyi məlumata görə, onlar bir ailənin üzvləridir - 1989-cu il təvəllüdlü Tural Ağasəf oğlu İmanov, 2002-ci il təvəllüdlü Səfalı Rövşən qızı İmanova, 2020-ci il təvəllüdlü Osmanbəy Tural oğlu İmanov və 2024-cü il təvəllüdlü Esma Tural qızı İmanovadır.
Yanğın hadisəsi gecə saatlarında baş verib. T.İmanov fərdi təsərrüfatla məşğul olub.
Hadisənin hansı səbəbdən baş verməsi araşdırılır.