Image

Kürdəmirdə magistral su kəməri partlayıb - 8000-dən çox abonent susuz qalıb

Kürdəmirdə magistral su boru kəməri partlayıb.

“Qafqazinfo” xəbər verir ki, hadisə Külüllü-Kürdəmir magistral su xəttinin 30-cu km-də, rayonun Qaraqocalı kəndi ərazisində qeydə alınıb.

Diametri 500 mm olan boru partlayıb. Nəticədə 8000-dən çox abonent susuz qalıb. Hadisə yerinə aidiyyəti qurumun canlı qüvvəsi və texnikası cəlb olunub. Qəzanın aradan qaldırılması istiqamətində tədbirlər həyata keçirilir.

Xəbər lenti

Azərbaycan nefti ucuzlaşıb