Image

Gələn həftədən məktəbəhazırlıq qrupları üzrə şagird yerdəyişməsi dayandırılır

Aprelin 13-ü saat 18:00-dan etibarən uşaqların birinci sinfə qəbulu prosesinə hazırlıq məqsədilə məktəbəhazırlıq qrupları üzrə şagirdlərin yerdəyişməsi prosesi dayandırılır.

Bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb.

 25 fevraldan 2025-2026-cı tədris ilinin II yarımili üzrə şagirdlərin elektron yerdəyişməsi prosesi aktiv edilib. Yerdəyişmə məktəbəhazırlıq qruplarını, I–VIII və X sinifləri əhatə edir. Şagirdlərin yerdəyişməsi sy.edu.az elektron sistemi üzərindən həyata keçirilir

Xəbər lenti