Image

Qazaxda 3 nəfər dəm qazından zəhərlənib

 

Qazaxda ikisi yeniyetmə olmaqla 3 nəfər dəm qazından zəhərlənib.

APA xəbər verir ki, hadisə rayon ərazisində qeydə alınıb.

Rayon sakinləri – 2007-ci il təvəllüdlü S.Bayramova, 2012-ci il təvəllüdlü M.Əhmədli və 2014-cü il təvəllüdlü F.Əhmədli zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Onların evin vanna otağında dəm qazından zəhərləndiyi bildirilir.

Zəhərlənən şəxslərə tibbi yardım göstərilib, vəziyyətlərinin kafi olduğu qeyd olunur, faktla bağlı araşdırma aparılır.

Xəbər lenti