Image

Salyanda iki avtomobil toqquşub, beş nəfər xəsarət alıb

Salyan rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, hadisə Ələt-Astara magistral yolunun 52-ci kilometrliyində, yolun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Hərəkətdə olan iki "Mersedes" markalı avtomobil toqquşub. Qəza nəticəsində Lənkəran rayon sakinləri - 1980-ci il təvəllüdlü Bədəlova Vüsalə Səməd qızı, 1972-ci il təvəllüdlü Bədəlov Rəfail Əvəz oğlu, 2002-ci il təvəllüdlü Bədəlov Həsən Rəfail oğlu, 1967-ci il təvəllüdlü Axundov Elşən Şəmsəddin oğlu və Cəbrayıl rayon sakini - 1959-cu il təvəllüdlü İsmayılov Füzuli Ramazan oğlu müxtəlif dərəcəli xəsarətlər alıblar.

Onlar Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti

Bəhreyn İraqa nota verib

Bəhreyn İraqa nota verib