Image

Yasamalın bir hissəsində qaz kəsilib

Bu gün saat 12:30-dan etibarən Bakının Yasamal rayonunun bir hissəsində qaz kəsilib. Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib.

Bildirilib ki, bu rayonun A.Şaiq küçəsində söküntü işləri ilə əlaqədar qaz xətlərinin yerinin dəyişməsi məqsədilə Z.Adıgözəlov, M.Muxtarov, Zərgərpalan, Ə.Hüseynzadə, A.Şaiq küçələrinin qaz təchizatı müvəqqəti dayandırılıb.

 

Xəbər lenti