Qubada avtomobil ağaca çırpılıb,dörd nəfər xəsarət alıb
Quba rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Oxu.Az-ın məlumatına görə, hadisə Quba-Dəlləkli kəndi yolunda baş verib.
"Chevrolet" markalı minik avtomobilinin sürücüsü qəfildən idarəetməni itirib. Nəticədə nəqliyyat vasitəsi yoldan çıxaraq kənardakı ağaca çırpılıb. Qəza zamanı avtomobildə olan dörd nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Hadisə yerinə dərhal təcili tibbi yardım briqadaları cəlb olunublar. Yaralılar Quba Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.