Image

Ağcabədidə avtomobil qəzası olub, ölən və yaralananlar var

Ağcabədi rayonu ərzisində ağır yol qəzası baş verib.

"Report"un məlumatına görə, hadisə Hindarx qəsəbəsində qeydə alınıb.

"VAZ-2107" markalı minik avtomobili ilə "KamAZ" markalı yük avtomobili toqquşub.

Qəza nəticəsində minik avtomobilinin sürücüsü Gündüz Süleymanov hadisə yerində keçinib.

Mərhumun avtomobilində olan iki nəfər isə ağır bədən xəsarətləri alıblar. Yaralılar Ağdam Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti

Əli Əsədov iclas keçirib