Qarabağ Universitetindən təqaüd müraciəti olmayıb - bank sədri
Kapital Bank Qarabağ Universitetinin tələbələrindən təqaüdlə bağlı müraciət almayıb. Bunu bankın İdarə Heyətinin sədri Fərid Hüseynov Anews.az-ın sualını cavablandırarkən bildirib.
Hüseynov deyib ki, bankın tələbələr üçün geniş layihələri mövcuddur. Onun sözlərinə görə, Qarabağın inkişafı strateji məsələdir və bankın regionda təmsilçiliyinin yaradılması istiqamətində işlər aparılır. Hazırda Qarabağ Universitetində təhsil alan 30 xanım tələbəyə bankların biri tərəfindən təqaüd ayrılır. Qarabağ Universitetində 27 ixtisas üzrə 2500-ə yaxın tələbə təhsil alır. Universitet Xankəndində 1969 -ci il təhsis edilib. Prezidentin fərmanı ilə 2023-cü ilin noyabrın 28-də yenidən yaradılması qərarı verilib. Gülnar Nazimqızı