Image

YAP MSK üzvlüyünə namizədlərini parlamentə təqdim edib

Yeni Azərbaycan Partiyası (YAP) Mərkəzi Seçki Komissiyasının (MSK) üzvü seçilmək üçün namizədlərinin siyahısını Milli Məclisə təqdim edib.

Bununla bağlı YAP İdarə Heyətinin iclasında qərar qəbul edilib.

YAP Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovun təqdimatına əsasən, Pənahov Məzahir Məhəmməd oğlu, Qasımov Rövzət Afət oğlu, İbrahimov Ramiz Hilal oğlu, Paşayev Hüseyn Məmməd oğlu, Məmmədov Elmar Eldar oğlu və Abdullayeva Sevinc Qurban qızının Mərkəzi Seçki Komissiyasının əsas, Mustafayeva Elnarə Eyyub qızının isə əvəzedici üzvü seçilməsi üçün Milli Məclisə təqdimat verilməsi barədə qərar qəbul edilib.

Tahir Budaqov irəli sürülmüş namizədlərin göstərilən etimadı doğruldacağına əminliyini ifadə edərək onlara uğurlar arzulayıb.

Xəbər lenti