Image

Azərbaycan dənizçilərinin olduğu gəmilərə dron hücumu olduğu iddia edilir -Ölənlər var

2026-cı il iyunun 5-nə keçən gecə Azov dənizinin Taqanroq körfəzində pilotsuz uçuş aparatları iki yük gəmisinə - Türkiyədən Rostov-na-Donuya taxıl yükləmək üçün ballast vəziyyətində hərəkət edən “Natra” və “Zirkon” теплоходlarına hücum etdiyi iddia edilir. Bu barədə Tamansk Dəniz Xilasetmə-Koordinasiya Mərkəzinin operativ məlumat yayıb.

Məlumata görə, hücumlar nəticəsində beş nəfər vəfat edib.

Qeyd olunub ki, “Natra” gəmisinə dörd PUA zərbəsi endirilib. Ekipajın iki üzvü həlak olub, baş vermiş yanğın ekipaj tərəfindən söndürülüb. Gəmi suyun üzərində qalsa da, yedəyə alınmasına ehtiyac var.

“Zirkon” gəmisində isə üst tikili hissəsinə dörd zərbə qeydə alınıb. Üç ekipaj üzvü ölüb, sağ qalan heyət xilasedici qayıqlarla gəmini tərk edib. Hazırda gəmi yanaraq məhv olur.

Beliz bayrağı altında üzən “Natra” gəmisində 12 nəfər, Palau bayrağı altında üzən “Zirkon” gəmisində isə 14 nəfər olub. Onların hamısı fərdi qaydada işə götürülmüş Azərbaycan vətəndaşları olub. Hər iki gəmi xarici bayraq altında fəaliyyət göstərib və Azərbaycan dövlətinə aid olmayıb.

 Sağ qalan dənizçilər hadisə ərazisindən keçən üç gəmi tərəfindən xilas ediliblər. Səhər saatlarına yaxın onların hamısı Yeysk limanına çatdırılıb. Suyun üzərində qalan zədələnmiş “Natra” gəmisini yedəyə almaq üçün isə iki yedək gəmisi bölgəyə göndərilib.

Məsələ ilə bağlı Xarici İşlər nazirliyinə sorğu göndərilib.

Mənbə: anews.az

Xəbər lenti

Azərbaycan nefti ucuzlaşıb