Image

Şahbuzun bəzi küçələrində elektrik enerjisi müvəqqəti dayandırılacaq

Naxçıvan Muxtar Respublikasının Şahbuz şəhərinin bəzi küçələrində avqustun 14-də elektrik enerjisinin verilişində fasilə yaranacaq.

“Azərişıq” ASC-nin Naxçıvan Regional Enerji Təchizatı və Satışı İdarəsindən verilən məlumata görə, 35/10 kV-luq Şahbuz yarımstansiyasından qidalanan “Qəsəbə-1” 10 kV-luq hava elektrik xəttində yenidənqurma işləri aparılacaq.

Bu səbəbdən avqustun 14-də saat 12:30-dan 14:30-dək Şahbuz şəhərinin Heydər Əliyev prospekti, Rəşid Behbudov, Bakı və 28 May küçələrində elektrik enerjisinin verilişi müvəqqəti dayandırılacaq.

Elektrik enerjisinin verilişi işlər başa çatdıqdan sonra bərpa ediləcək.

Mənbə: anews.az

Xəbər lenti

Sabah 36 dərəcə isti olacaq