Şirvanda 1500-dən çox abonentin qazı kəsiləcək
Şirvan şəhərinin bəzi ərazilərində qaz təchizatında müvəqqəti məhdudiyyət olacaq.
Bu barədə "Azəriqaz" İstehsalat Birliyinin Salyan Regional Qaz İstismarı İdarəsinin Şirvan Xidmət Sahəsi məlumat yayıb.
Bildirilib ki, iyunun 5-də aparılacaq təmir işləri ilə əlaqədar saat 10:00-dan etibarən işlər başa çatanadək şəhərin Hacıqəhrəmanlı qəsəbəsində, həmçinin Xanlar və Vidadi küçələrində qaz təchizatında müvəqqəti məhdudiyyət tətbiq ediləcək.
Qeyd olunub ki, qazın verilişində yaranacaq fasilə ümumilikdə 1515 abonenti əhatə edəcək
Mənbə: anews.az