İmtahanlarda qayda dəyişdi: sual kitabçası artıq şagirdlərə verilməyəcək
Azərbaycanda IV siniflər üzrə keçirilən monitorinq qiymətləndirməsində şagirdlərə sual kitabçaları təqdim olunmayıb.
Məsələ ilə bağlı Təhsil İnstitutu Anews.az-ın sorğusuna cavab olaraq bildirib ki, bu il daxili qərar əsasında sual kitabçalarının şagirdlərə təqdim edilməməsi qərara alınıb.
Bundan əvvəlki illərdə monitorinq iştirakçılarına sual kitabçaları təqdim olunurdu.
Gülnar Nazimqızı
Mənbə: anews.az