Image

Aİ səfiri: Gənclər öyrənmə və əməkdaşlıq arasında körpü rolunu oynayırlar

Həyata keçirilən müsabiqə və layihələr gənclərdə öyrənməyə marağın artırılmasına xidmət edir. Bunu Avropa İttifaqının (Aİ) Azərbaycandakı səfiri Mariyana Kuyundziç bildirib.

Səfirin sözlərinə görə, Aİ gənclərin parlaq gələcək qurmasını dəstəkləyir və bu məqsədlə Azərbaycanın müxtəlif rayonlarında yay məktəbləri təşkil olunur.

“Bu tədbirlər vasitəsilə bir-birimizdən öyrənirik. Gənclər insanlar arasında öyrənmə və əməkdaşlıq üçün körpü yaradırlar”, – o qeyd edib.

Mariyana Kuyundziç əlavə edib ki, bu il Avropa İttifaqı ilə Azərbaycan arasında əməkdaşlığın 30 illiyi qeyd olunur.

Səfir həmçinin xatırladıb ki, 2016-cı ildə Gəncə “Avropa Gənclər Paytaxtı” seçilib və bunu böyük qürur mənbəyi kimi dəyərləndirib.

Aytac

Mənbə: anews.az

Xəbər lenti