Ölkəyə gələn turistlərin xərcləri azalıb
2026-cı ilin yanvar-aprelində Azərbaycana səfər etmiş əcnəbilər və vətəndaşlığı olmayan şəxs ölkədə ümumilikdə 696milyon 666 min manat xərcləyib, bu ötən ilin eyni dövrünə nisbətən 22,9 % azdır.
Xərclərin strukturunda nəqliyyat xidmətləri ən böyük paya malik olub. Belə ki, turistlər 4 ay ərzində nəqliyyata 317 milyon 866min manat vəsait sərf ediblər ki, bu da illik müqayisədə 24,1 % azalıb.
Hesabat dövründə yerləşmə xidmətlərinə çəkilən xərclər isə 32,5 % azalaraq 126milyon 142 min manat təşkil edib.
Turistlər qidalanmaya 131 milyon 491 min manat xərcləyiblər ki, bu da bir il əvvələ nisbətən 19,3 % azalıb.
Aytac
Mənbə: anews.az