Image

Azərbaycanda sosial sığorta haqları üzrə daxilolmalar proqnozu 6,3% üstələyib

Bu ilin yanvar-iyul aylarında Azərbaycanda məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar müəyyən edilmiş proqnozu 6,3% üstələyib. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu (DSMF) məlumat yayıb.

Məlumata görə, büdcə təşkilatları üzrə məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar ötən ilin eyni dövrü ilə müqayisədə 93,9 milyon manat və ya 7,4% artıb.

Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar isə illik müqayisədə 242,9 milyon manat və ya 9,9% artım göstərib.

Beləliklə, ilin ilk yeddi ayında sosial sığorta daxilolmalarında artım əsasən qeyri-büdcə sektorunun hesabına daha yüksək olub.

Aytac Zeynalova 

Mənbə: anews.az

Xəbər lenti

Bu ərazilərdə qaz olmayacaq

Bu ərazilərdə qaz olmayacaq