Image

ÜST rəhbəri yeni pandemiya təhlükəsi barədə xəbərdarlıq edib

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus yeni tənəffüs yolu patogeninin COVID-19 pandemiyasına bənzər qlobal səhiyyə böhranına səbəb ola biləcəyi barədə xəbərdarlıq edib.

Qebreyesus bu barədə BMT Baş Assambleyasının Nyu-Yorkda keçirilən 81-ci sessiyası çərçivəsində təşkil olunan mətbuat konfransında danışıb.

ÜST rəhbəri növbəti pandemiyanın baş verməsinin qaçılmaz olduğunu bildirib.

“Əsas narahatlıqlarımdan biri yeni tənəffüs yolu patogeninin ortaya çıxması ehtimalıdır. Bu xəstəlik COVID-19-un yaratdığı ağır nəticələrə səbəb ola bilər”, - o deyib.

Qebreyesus infeksiyaların sürətlə yayılmasının yaratdığı risklərə nümunə olaraq Konqo Demokratik Respublikasında qeydə alınan Ebola epidemiyasını göstərib.

O qeyd edib ki, infeksiya dünyanın istənilən yerində ortaya çıxa və yalnız yerli əhali üçün deyil, qonşu ölkələr və bütövlükdə dünya üçün də təhlükə yarada bilər.

ÜST-nin məlumatına görə, pandemiyalara hazırlıq BMT Baş Assambleyasının gündəliyində əsas məsələlərdən biridir.

Mənbə: anews.az

Xəbər lenti

Faktiki hava açıqlanıb