Konqoda hərbi təyyarə qəzaya uğrayıb, 13 nəfər ölüb
Konqo Demokratik Respublikasında hərbi təyyarənin qəzaya uğraması nəticəsində 13 nəfər, o cümlədən üç hərbçi həlak olub.
“Reuters” xəbər verir ki, bu barədə Kvanqo əyalətinin vitse-qubernatoru Remi Saki Bokinda bildirib.
Onun sözlərinə görə, təyyarə ölkənin cənub-qərbində yerləşən Kikvit şəhərindən paytaxt Kinşasaya uçarkən texniki nasazlıq yaranıb. Ekipaj Kenge şəhərində eniş etməyə cəhd göstərib, lakin şəhərdə uçuş-enmə zolağının olmaması səbəbindən təyyarə yaşayış ərazisinə düşüb.
Bokinda bildirib ki, həlak olanlar arasında general Likuliya Bakumi, ordunun baş auditoru, həmçinin mayor, kapitan, digər hərbçilər və mülki şəxslər olub.
Qəzanın səbəbləri araşdırılır.
Mənbə: anews.az