Dəməşq məhkəməsi Bəşər Əsəd və daha iki keçmiş məmura ölüm hökmü çıxarıb
Dəməşqdə məhkəmə Suriyanın devrilmiş prezidenti Bəşər Əsədə qiyabi olaraq ölüm hökmü çıxarıb.
SANA-nın məlumatına görə, məhkəmə Əsədin qardaşı Mahir Əsəd və keçmiş təhlükəsizlik rəsmisi, onun əmisi oğlu Atef Nəcib barəsində də ölüm hökmü çıxarıb. Onlar qətl, işgəncə, qanunsuz həbslər və insanlığa qarşı cinayətlərdə təqsirli biliniblər.
Məhkəməyə görə, Bəşər Əsədin cinayətlərdə rolu onun ən yüksək səviyyədə qərar qəbul edən şəxs olması və bu məqsədlə dövlət aparatından istifadə etməsi ilə bağlı olub.
Əsəd 2024-cü ilin dekabrında hakimiyyətdən devrildikdən sonra Rusiyaya gedib və hazırda orada yaşayır. O və qardaşı Mahir məhkəmədə iştirak etməyib. Atef Nəcib isə məhkəmə qarşısına çıxarılıb.
Bu, Əsədin 2000-ci ildən 2024-cü ilə qədər davam edən hakimiyyətindən sonra Suriyada onun barəsində çıxarılan ilk hüquqi hökm kimi qiymətləndirilir.
Aytac
Mənbə: anews.az