Image

Azərbaycan-ABŞ münasibətlərinin inkişaf perspektivləri müzakirə olunub

Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov ABŞ-a səfəri çərçivəsində ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin birinci müavini Endryu Stou ilə görüşüb.Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Görüşdə Azərbaycan-ABŞ ikitərəfli münasibətlərinin hazırkı vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub, tərəfdaşlığın müxtəlif istiqamətlər üzrə genişləndirilməsinin əhəmiyyəti vurğulanıb.

Tərəflər Azərbaycan Respublikası Hökuməti ilə ABŞ Hökuməti arasında Strateji Tərəfdaşlıq Xartiyasının icrası və Bakı İqtisadi Dialoqunun nəticələrini də müzakirə ediblər.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Tərəflər sülh, təhlükəsizlik və rifahın təşviqinə xidmət edən istiqamətlər üzrə əməkdaşlığın və məsləhətləşmələrin davam etdirilməsinə hazır olduqlarını təsdiqləyiblər.

Mənbə: anews.az

Xəbər lenti