Image

Andraş Baka Macarıstanın yeni prezidenti seçilib

Macarıstan parlamenti ölkənin Ali Məhkəməsinin keçmiş sədri Andraş Bakanı prezident seçib.Bu barədə "Nepszava" qəzeti məlumat yayıb.

Bakanın namizədliyini 140 deputat dəstəkləyib, 6 deputat əleyhinə səs verib. Bitərəf qalan olmayıb.

Baka prezidentlik andı içib və avqustun 19-da vəzifəsinin icrasına başlayacaq. Həmin tarixədək prezident səlahiyyətlərini parlamentin sədri Aqneş Forsthoffer icra edəcək.

Andraş Baka 2009-2011-ci illərdə Macarıstan Ali Məhkəməsinin sədri olub. Bundan əvvəl, 1991-2007-ci illərdə Avropa İnsan Hüquqları Məhkəməsində hakim vəzifəsində çalışıb.

Prezidentliyə başqa namizəd irəli sürülməyib. Müxalifətdəki "Fides" partiyasının deputatları səsvermədə iştirak etməyib.

Mənbə: anews.az

Xəbər lenti