Image

İspaniyada istilər səbəbindən 4,4 mindən çox insan ölüb

İspaniyada anomal isti hava şəraiti səbəbindən iyunun 1-dən avqustun 19-dək 4 458 nəfərin öldüyü təxmin edilir.Bu barədə İspaniya mediası gündəlik ölüm hallarının monitorinqi sistemi (MoMo) məlumatlarına istinadən məlumat yayıb.

Məlumata görə, göstərici 2022-ci ildə qeydə alınmış rekord səviyyəyə yaxınlaşıb. MoMo-nun məlumatları istilə əlaqələndirilən ölüm hallarının statistik hesablamalarına əsaslanır.

İspaniyada iyun ayından anomal isti hava şəraiti müşahidə olunur. Ölkənin bir sıra bölgələrində havanın temperaturu 40 dərəcəni dəfələrlə keçib.

Mənbə: anews.az

Xəbər lenti