Image

Rusiya ordusu yenidən Kiyevə dronlarla zərbə endirib

Rusiya ordusu Kiyevə növbəti dəfə zərbə endirib, paytaxtda pilotsuz uçuş aparatının (PUA) qalıqlarının qeyri-yaşayış binalarının ərazisinə düşməsi nəticəsində yanğın baş verib.Bu barədə Kiyev meri Vitali Kliçko “X” sosial şəbəkəsində məlumat yayıb.

“PUA qalıqları qeyri-yaşayış binalarının ərazisinə düşüb. Yanğın baş verib”, - Kliçko bildirib.

Onun sözlərinə görə, hadisə yerinə təcili xidmət əməkdaşları cəlb olunub.

Rusiya ordusu avqustun 20-nə keçən gecə Kiyev və Kiyev vilayətinə ballistik və “Tsirkon” hipersəs raketləri, həmçinin PUA-larla kütləvi zərbələr endirib. Hücum nəticəsində azı 15 nəfər ölüb, 39 nəfər yaralanıb.

Mənbə: anews.az

Xəbər lenti