Azərbaycanlı dənizçilərin olduğu gəmiyə Qara dənizdə dronla hücum edilib
Qara dənizdə Komor adaları bayrağı altında üzən “Volgo Balt 226” yük gəmisi dron hücumuna məruz qalıb.Bu barədə “Azərbaycan Dənizçilərinə Dəstək” İctimai Birliyinin sədri İlham Nəsirov sosial şəbəkə hesabında məlumat verib.
Onun sözlərinə görə, “Primavera Marine” şirkətinə məxsus gəminin 11 nəfərlik heyəti, 10 Azərbaycan və 1 Gürcüstan vətəndaşı təhlükəsiz vəziyyətdədir. Hücum nəticəsində xəsarət alan olmayıb.
Nəsirov bildirib ki, gəmi hazırda Türkiyənin Trabzon limanı istiqamətində hərəkətini davam etdirir.
Mənbə: anews.az