Image

Nigeriyada qayığın aşması nəticəsində 40-a yaxın insan ölüb

Nigeriyada qayığın aşması nəticəsində 40-a yaxın insan ölüb.Bu barədə yerli media Nigeriyanın Milli Daxili Su Yolları İdarəsinə istinadən məlumat yayıb.

İlkin məlumatlara görə, göyərtəsində 70-dən çox insanın olduğu qayıq Sokoto ştatı ərazisində yola düşdükdən qısa müddət sonra aşıb. Sərnişinlərin əksəriyyəti 10-15 yaşlarında uşaqlar olub.

Milli Daxili Su Yolları İdarəsinin nümayəndəsi Abdulkadir Yusuf bildirib ki, hadisə nəticəsində təxminən 40 uşağın cəsədi aşkarlanıb. Yerli deputat Nasiru Adamu isə ölənlərin sayının 43-ə çatdığını, 16 nəfərin xilas edildiyini deyib.

İlkin məlumata görə, qəza qayığın həddindən artıq yüklənməsi nəticəsində baş verib. Axtarış-xilasetmə əməliyyatı davam edir.

Mənbə: anews.az

Xəbər lenti