İndoneziyada zəlzələ nəticəsində ölənlərin sayı 87 nəfərə çatıb
İndoneziyanın Şərqi Nusa-Tenqara əyalətində baş vermiş 7,7 maqnitudalı zəlzələ nəticəsində ölənlərin sayı 87 nəfərə çatıb.
İndoneziya mediası xəbər verir ki, bunu ölkənin Təbii Fəlakətlərlə Mübarizə üzrə Milli İdarəsinin nümayəndəsi Berton Pancaitan mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, zəlzələ nəticəsində 1 298 nəfər xəsarət alıb, onlardan 336-nın vəziyyəti ağırdır.
Pancaitan bildirib ki, iyunun 15-də baş vermiş zəlzələdən sonra 5 012 afterşok qeydə alınıb.
O əlavə edib ki, afterşokların davam etməsi səbəbindən təxliyə olunanların sayı 150 576 nəfərə çatıb.
Mənbə: anews.az