Jurnalist Nurani dəfn olunub - Yenilənib
Əməkdar jurnalist Tofiqəxanım Qasımova (Nurani) dəfn edilib.
"Report" xəbər verir ki, mərhumun nəşi Yasamal qəbiristanlığında, valideynlərinin yanında torpağa tapşırılıb.
***
Əməkdar jurnalist Tofiqəxanım Qasımova (Nurani) ilə Təzə Pir məscidində vida mərasimi keçirilir.
Report xəbər verir ki, mərasimdə səhiyyə naziri Teymur Musayev, Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov, media nümayəndələri, dostları, ictimai xadimlər iştirak edir.
Vida mərasimindən sonra mərhumun nəşi Yasamal qəbiristanlığında dəfn olunacaq.
***
Əməkdar jurnalist Tofiqəxanım Qasımova (Nurani) vəfat edib.Bu barədə mərhumun yaxınları məlumat verib.
Nurani ilə vida mərasimi bu gün saat 12:00-da Təzə Pir Məscidində keçiriləcək.
Onun onkoloji xəstəlikdən əziyyət çəkdiyi bildirilirdi.
Mənbə: anews.az